Türkiyədəki yanğında nazirin bacısı qızı öldü
Dünya
Türkiyənin Batman şəhərində idman zalında baş verən yanğın nəticəsində 3 nəfər həyatını itirib, 9 nəfər isə yaralanıb.
News24.az xəbər verir ki, hadisə Gültepe məhəlləsində yerləşən özəl idman zalında baş verib.
Yanğının hansı səbəbdən başladığı hələlik müəyyən edilməyib.
Məlumat daxil olduqdan sonra hadisə yerinə yanğınsöndürənlər, AFAD və Təcili Tibbi Yardım briqadaları göndərilib.
Xilasedicilər idman zalında olan insanları təxliyə edib. Tüstüdən zəhərlənən 12 nəfər təcili yardım maşınları ilə şəhər xəstəxanalarına aparılıb.
Batman Təhsil və Araşdırma Xəstəxanasına çatdırılan 44 yaşlı Şanziment Sarıoğlu, 42 yaşlı Emine Yağrı və 27 yaşlı Gülsüm Öztekin Tunç həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.
Yanğın daha sonra yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb.
Məlumata görə, həlak olanlardan 42 yaşlı Emine Yağrı Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşekin bacısı qızıdır.