Ağsuda iki nəfər dəm qazından zəhərlənib

Ağsuda iki nəfər dəm qazından zəhərlənib Dünya


Ağsuda iki nəfər dəm qazından zəhərlənib.

News24.az xəbər verir ki, hadisə Ağsu rayonunun Ləngəbiz kəndində baş verib. Kənd sakinləri , 1962-ci il təvəllüdlü İbrahimova Bəhanə Əlhəsən qızı və 1956-cı təvəllüdlü İbrahimov Alim Məmməd oğlu yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənərək, Ağsu rayonu mərkəzi xəstəxanasına yerləşdirilib.

Hər iki şəxsə ilkin tibbi yardım göstərilib.