Aİ-də turist yerləşdirilməsi üzrə rekord göstərici

Aİ-də turist yerləşdirilməsi üzrə rekord göstərici Dünya

Avropa İttifaqı ölkələrində turistlərin yerləşmə obyektlərində keçirdiyi gecələrin sayı 2025-ci ildə rekord həddə çatıb.

News24.az xəbər verir ki, "Eurostat"ın məlumatına əsasən, Aİ ölkələrində hotellər və digər yerləşmə obyektlərində qeydə alınan gecələmələrin sayı əvvəlki illə müqayisədə 2 faiz artaraq 3,08 milyarda yüksəlib.

Məlumata görə, yerləşmə obyektlərində gecələyən turistlərin ümumi sayı 61,5 milyon nəfər olub. Turist səfərlərinin 49 faizi beynəlxalq, 51 faizi isə daxili səfərlərin payına düşüb.

Qonaqların 63 faizi hotellərdə, 24 faizi qısamüddətli tətil evlərində, 13 faizi isə düşərgələrdə və oxşar yerləşmə obyektlərində qalıb.