Aİ Gürcüstana vizasız rejimi qismən dayandırdı

Aİ Gürcüstana vizasız rejimi qismən dayandırdı Dünya

Avropa İttifaqı (Aİ) Gürcüstan hökumətinin diplomatik və xidməti pasport sahibləri üçün vizasız səyahət rejimini qismən dayandırıb.

News24.az xəbər verir ki, qərara əsasən, 2026-cı ilin mart ayından etibarən Gürcüstanın diplomatik və xidməti pasport sahibləri Aİ ölkələrinə vizasız səfər edə bilməyəcəklər.

Məlumata görə, qərarın əsas səbəbi Gürcüstanda müşahidə olunan demokratik geriləmədir. Eyni zamanda, ölkə hökumətinin son dövrlərdə apardığı siyasi kurs da qərara təsir edən amillər sırasındadır.

Qeyd olunur ki, bu qərar yalnız diplomatik və xidməti pasportlara şamil olunur və adi vətəndaşların vizasız rejiminə aid deyil. (Sözcü)