Aİ İran hava məkanından uçuşlara xəbərdarlıq etdi
Dünya
Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) bölgədə artan hərbi gərginlik səbəbilə aviaşirkətlərə İran hava məkanından istifadə etməməyi tövsiyə edib.
News24.az xəbər verir ki, EASA və Avropa İttifaqı İran üzərində mülki uçuşlar üçün “yüksək risk” müəyyən edildiyini bildirən Münaqişə Zonası Məlumat Bülletenini (CZIB) yayıb.
Xəbərdarlıq bütün yüksəkliklərdəki uçuşlara şamil olunur. Aviaşirkətlərə İran üzərindən keçən marşrutlar əvəzinə alternativ yollar seçmək tövsiyə edilir.