Aİ Ukraynada sülhü təmin edə bilmədi - Macarıstan XİN
Dünya
“Avropa İttifaqı Ukraynada sülhü təmin edə bilmədi və bununla fəxr edir, baxmayaraq ki, münaqişə səbəbindən onun rəqabət qabiliyyəti ən aşağı səviyyədədir”.
News24.az xəbər verir ki, bu sözləri Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto bildirib.
“Avropa İttifaqı dünyanın ən güclü siyasi inteqrasiyalarından biri kimi bizim sülhə ən azı bir addım yaxınlaşmağımıza nail ola bilmədi. Daha böyük problem isə bununla fəxr etməsidir. İndi münaqişələrin eskalasiyası riski əvvəlkindən daha yüksəkdir və Avropa İttifaqının siyasi və iqtisadi inteqrasiya kimi rəqabət qabiliyyəti həmişəkindən daha pisdir”, - nazir qeyd edib.
Akqabay