"Qarabağ məsələsi Almaniya üçün maraqlı deyil" - Erməni politoloq

"Qarabağ məsələsi Almaniya üçün maraqlı deyil" - Erməni politoloq Dünya

“Almaniya Qarabağ məsələsini öz maraqları çərçivəsindən kənarda hesab edir”.

News24.az xəbər verir ki, bunu Almaniyanın Erlangen-Nürnberq Universitetinin erməni əsilli müəllimi, siyasi ekspert Qurgen Petrosyan deyib.

“Almaniya Ermənistanla bağlı siyasətində kifayət qədər mühafizəkardır və bunun tarixi əsası var. Çünki Almaniyada kifayət qədər böyük türk diasporu mövcuddur. Türklərin alman hakimiyyətləri ilə kifayət qədər yaxın əlaqələri var”,- ekspert bildirib.

Petrosyan türklərin Köln şəhərində qondarma erməni soyqırımı abidəsinin qoyulmasının qarşısını aldıqlarını da vurğulayıb. Onun iddiasına görə, Almaniya hökuməti adətən türk ictimaiyyətinin tələblərini yerinə yetirməkdə maraqlıdır. Petrosyan qeyd edib ki, bu səbəbdən 2016-cı ildə Almaniya Bundestaqında qəbul edilmiş “erməni soyqırımı” ilə bağlı qətnamə kağız üzərində qalıb.

Petrosyan Almaniya hökumətinin sözçüsünün ermənilərin “Qarabağda soyqırımı törədildiyi” iddiasına haqq qazandırmadığına diqqət çəkib:

“Hökumətin sözçüsü bunun (“soyqırımı”) təbliğat və ya taktiki terminologiya olduğunu bildirdi”.

Ayşən