"Türkiyə ilə tərəfdaşlığımızı genişləndirmək istəyirəm"
Dünya
Almaniya kansleri Fridrix Merz Ankaraya səfəri ərəfəsində sosial media platforması X-də paylaşım edərək, Türkiyə ilə münasibətlərin əhəmiyyətinə diqqət çəkib.
News24.az xəbər verir ki, Fridrix Merz açıqlamasında bildirib:
“Türkiyə ilə mənim xüsusi və çoxşaxəli əlaqələrimiz var. Xarici və təhlükəsizlik siyasəti ilə yanaşı, miqrasiya, enerji və ticarət sahələrində də əməkdaşlığımız mühümdür".
Kansler həmçinin səfər çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini vurğulayıb:
“Yaxın tərəfdaşlığımızı daha da genişləndirmək istəyirəm. Məhz buna görə Ankaradayam".
Fridrix Merzin səfəri Almaniya və Türkiyə arasında iqtisadi və siyasi əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addım hesab olunur.