Alyaskada zəlzələ oldu

Alyaskada zəlzələ oldu Dünya

Alyaskada 6,0 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Susitna kəndindən 12 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 69,4 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.