Şaman məsləhəti ilə 12 saat çayda saxlanılan məktəbli həyatını itirdi - Foto
Dünya
Hindistanda ilan sancdığı oğlanın ailəsi onu müalicə məqsədilə 12 saat boyunca müqəddəs çayda saxlayıb.
News24.az xəbər verir ki, Amit adlı məktəbli zəhərli ilan tərəfindən sancıldığını dərhal ailəsinə bildirib. Lakin onun yaxınları xəstəxanaya müraciət etmək əvəzinə yerli şamanın tövsiyəsinə əməl ediblər.
İddialara görə, şaman uşağın bədənindəki ilan zəhərini neytrallaşdırmaq üçün onu bambuk dirəklərə bağlamağı və Qanq çayının sularında saxlamağı məsləhət görüb.
Uşaq təxminən 12 saat suda saxlanılıb. Huşunu itirdikdən sonra ailə onu tibb müəssisəsinə aparsa da, artıq həyatını xilas etmək mümkün olmayıb.
Yerli tibb mərkəzinin nümayəndəsi doktor Şaşank Çaudhari bildirib ki, həkimlər ilan sancması hallarında dərhal tibbi yardıma müraciət edilməsinin vacibliyi ilə bağlı mütəmadi maarifləndirmə işləri aparırlar, çünki gecikmə ölümcül nəticələrə səbəb ola bilər. / Oddity Central /