Amerikanın PUA-sı Polşada təcili eniş etdi

Amerikanın PUA-sı Polşada təcili eniş etdi Dünya

Amerikanın MQ-9 Reaper pilotsuz təyyarəsi Polşada planlaşdırılmış təlim zamanı Miroslavets şəhəri yaxınlığında təcili eniş edib.

News24.az xəbər verir ki, bu barədə X şəbəkəsində Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunur ki, Miroslavets yaxınlığındakı aerodrom üzərində rüblük planlı təlimlər keçirən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9 Reaper pilotsuz uçuş aparatı baza ilə əlaqəni kəsib.

Daha sonra Polşa hərbi idarəsi bildirib ki, PUA martın 18-də yerli vaxtla saat 23:00 radələrində təcili eniş edib.

Mehriban Mirzəzadə