Ankarada ailə faciəsi: Həbsdən çıxan şəxs ailə üzvlərini güllələdi

Ankarada ailə faciəsi: Həbsdən çıxan şəxs ailə üzvlərini güllələdi  Dünya

Türkiyənin Ankara şəhərində cinayət hadisəsi baş verib.

News24.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həbsxanadan çıxan 35 yaşlı Recep Cengez Keçiören rayonunda 3 nəfəri silahla qətlə yetirib, daha sonra özünə atəş açıb.

Məlumata görə, o, əvvəlcə anası Azize Cengizi (57) və ilk nikahından olan 8 yaşlı qızı Azra Cengizi güllələyib. Daha sonra cəsədləri avtomobilə qoyaraq, boşanma mərhələsində olduğu həyat yoldaşı Beyzanur Uçan Cengizin (28) evinə gedib.

Şübhəli şəxs kuryer kimi davranaraq qapını döyüb və qapı açılan anda Beyzanur Uçan Cengizi güllələyib. Ardınca hadisə yerində özünə atəş açıb.

Faktla bağlı araşdırma aparılır.