Antalya yanır - 45 DƏRƏCƏ İSTİ
Dünya
Antalyada hava istiliyi 38 dərəcə olaraq ölçülərkən, rütubət nisbəti 45 faiz, hiss olunan temperatur isə 44 dərəcə olub.
News24.az xəbər verir ki, Antalyanın dünyaca məşhur Konyaaltı çimərliyində dəniz suyunun temperaturu 30 dərəcə olaraq ölçülüb.
İsti havadan sıxılan əcnəbi turist və vətəndaşların bir qismi ağacların kölgəsində sərinləməyə üstünlük verib, digərləri isə çimməyə üz tutub.
İstanbuldan Antalyaya tətil üçün gəldiyini bildirən Ahmet Gökgöz, “Antalyaya tətil üçün gəldim. Burada hiss olunan temperatur 45-50 dərəcədir, amma hava yenə də çox gözəldir. Tətilim çox yaxşı keçir. Deyə bilərəm ki, Konyaaltıdakı dəniz heç yerdə yoxdur", - sözlərini deyib.
Məryəm İlhamqızı