Antarktidada havanın istiliyi - REKORD HƏDDƏ ÇATDI

Antarktidada havanın istiliyi - REKORD HƏDDƏ ÇATDI Dünya
Antarktidada rekord dərəcədə yüksək temperatur qeydə alınıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu göstərici 1961-ci ildən bəri meteoroloji müşahidələrin edildiyi Antarktida yarımadasının ən şimalında yerləşən Argentina Esperanza tədqiqat stansiyası tərəfindən açıqlanıb.

Esperanza stansiyasında yeni tarixi (1961-ci ildən bəri) göstərici 18,3 selsidir. Bu 24 mart 2015-ci ildə qeydə alınan əvvəlki 17.5 selsini üstələyir.