Arvadını yandıraraq öldürdü: - DƏHŞƏTLİ CİNAYƏT

Arvadını yandıraraq öldürdü: - DƏHŞƏTLİ CİNAYƏT Dünya

Rusiyada məhkəmə arvadını öldürən 51 yaşlı kişini 16 il müddətinə azadlıqdan məhrum edib. 

News24.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib .

Müttəhim son dərəcə qəddarlıqla ümumi təhlükəli cinayət törətməkdə təqsirli bilinib.

İstintaq və məhkəmə müəyyən edib ki, 2023-cü il iyulun 24-də rayonun Otradnoye kəndindəki yaşayış binasının mənzilində sərxoş şəxs birgə yaşadığı şəxslə münaqişə zəminində ona yanar maye tökərək yandırıb. Qadın xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

İyunun 14-də Qatçinada 43 yaşlı kişinin 38 yaşlı partnyorunun mənzilinin giriş qapısını yandırmağa cəhd etdiyi üçün saxlanıldığı bildirilir .

Aqil Qarayev