"Atam məni 70 nəfərlə görüşməyə məcbur edirdi" - Britni Spirs

"Atam məni 70 nəfərlə görüşməyə məcbur edirdi" - Britni Spirs Dünya

Məşhur amerikalı müğənni Britni Spirs atasının qəyyumluğu altında olduğu illərin onun həyatına və psixoloji durumuna ciddi təsir göstərdiyini bildirib.

News24.az xəbər verir ki, müğənni sosial şəbəkədəki növbəti paylaşımında uzun illər iradəsinin əksinə getməyə məcbur qaldığını deyib.

“İndi də inana bilmirəm ki, əvvəllər bu qədər böyük auditoriya qarşısında çıxış edə bilərdim. İlahi, bütün bunlara son qoyduğum üçün özümlə fəxr edirəm. Çünki uzun illər bunu istəyimin əksinə olan işləri görmək məcburiyyətində olmuşam. Atam məni 70 nəfərlə görüşməyə məcbur edirdi. Ruhumu, həssaslığımı itirdim. Bu məni çox ağrıdırdı. Özümü robot kimi hiss edirdim”, – Spirs yazıb.

Müğənni bildirib ki, insanlar hələ də qəyyumluq dövründə onun psixoloji vəziyyətinə nə qədər ciddi zərər dəydiyini tam bilmirlər.