Atasına görə uşaqları zəhərlədi – Psixiatriya xəstəxanasına göndərildi
Dünya
Rusiyanın Lipetsk şəhərində 41 yaşlı qadın iki azyaşlı uşağını zəhərləməyə cəhd etdiyinə görə məcburi müalicəyə göndərilib.
News24.az xəbər verir ki, şəhərin Oktyabrski Rayon Məhkəməsi qadının psixi xəstəlikdən əziyyət çəkdiyini və hadisə zamanı cinayət məsuliyyətini dərk etmədiyini müəyyən edib.
Qadın intihar cəhdindən sonra öləcəyi halda uşaqlarının atalarına veriləcəyindən qorxaraq onları öldürmək qərarına gəlib.
O, müxtəlif dərmanlardan məhlul hazırlayaraq uşaqları içməyə məcbur edib. Qadın hadisə barədə qonşusuna danışıb, qonşu isə təcili yardım çağırıb. Nəticədə uşaqlar xilas edilib.
Məhkəmənin qərarı ilə qadın məcburi psixiatrik müalicəyə göndərilib.