"Atəşkəs çağırışları barbarlıq çağırışlarıdır" - Netanyahu

"Atəşkəs çağırışları barbarlıq çağırışlarıdır" - Netanyahu Dünya

İsrail atəşkəslə razılaşmayacaq, çünki bu, Fələstinin radikal HƏMAS hərəkatı ilə mübarizədə məğlubiyyət demək olardı.

News24.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu “The Wall Street Journal”ın köşə yazısında yazıb.

“ABŞ Yaponiyanın 1941-ci ildə Pearl Harbora hücumundan və ya 2001-ci il 11 sentyabr terror aktlarından sonra atəşkəsə razı olmadığı kimi, İsrail də oktyabrda baş vermiş terror aktından sonra HƏMAS ilə hərbi əməliyyatların dayandırılmasına razı olmayacaq. Atəşkəs çağırışları HƏMAS qarşısında məğlubiyyət, terror, barbarlıq çağırışlarıdır. İsrail HƏMAS-a qarşı mübarizə aparmaqla sivilizasiyanın öz düşmənlərinə qarşı mübarizə aparır”, - deyə ölkə lideri bildirib.

Qumral