İranda daha 3 nəfər edam edildi - FOTO

İranda daha 3 nəfər edam edildi - FOTO Dünya

Son günlərdə İranda ən azı üç məhbus barəsində çıxarılan edam hökmü icra olunub:

News24.az xəbər verir ki, bu barədə "Hengaw" insan haqları təşkilatı məlumat yayıb.

Məlumata görə, Kərəc, İsfahan və Ərdəbil həbsxanalarında üç məhbus edam edilib.

Onlardan biri qəsdən adam öldürmə, digər ikisi isə narkotik vasitələrlə bağlı işlər üzrə edam hökmünə məhkum edilib.

"Hengaw" qeyd edib ki, edamlar barədə xəbər İranın rəsmi mediası və ya ölkənin məhkəmə sistemi ilə bağlı strukturlar tərəfindən təsdiqlənməyib.