Atəşkəs olsa belə… – İsrael Katz HƏMAS-a xəbərdarlıq etdi
Dünya
Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinə keçilsə belə, HƏMAS silahları yerə qoymayınca İsrail “Sarı Xətt”dən bir millimetr belə geri çəkilməyəcək.
News24.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
Nazir vurğulayıb ki, HƏMAS-ın nə silahları, nə də tunelləri qalacaq:
“Onların nə silahlarının, nə də tunellərinin qalmasına icazə verəcəyik. Bu məsələdə şüarımız çox sadədir: son tunelə qədər”.
Katz müharibə dövrlərində sursat təchizatı ilə bağlı müttəfiqlərlə yaşanan müvəqqəti fikir ayrılıqlarına da toxunub. O qeyd edib ki, İsrailin özünü müstəqil şəkildə müdafiə edə bilməsi üçün yerli silah istehsalı imkanları genişləndirilməlidir.