Aviasiya zavodunda güclü yanğın başladı

Aviasiya zavodunda güclü yanğın başladı Dünya

Rusiyanın Krasnoyarsk şəhərindəki aviasiya zavodunda güclü yanğın başlayıb.

News24.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

Məlumata görə, 40-a yaxın insan sexdən təhlükəsiz şəkildə təxliyə edilib, xəsarət alan olmayıb.

Yanğın lokallaşdırılsa da, hələ söndürülməyib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Mehriban Mirzəzadə