Avropa Komissiyası polşalı fermerlərə 1,4 milyard avro ayırır

Avropa Komissiyası polşalı fermerlərə 1,4 milyard avro ayırır Dünya

Avropa İttifaqı Polşaya öz fermerlərini dəstəkləmək üçün 1,4 milyard avro köçürməyə imkan verəcək hüquqi aktlar qəbul edib.

News24.az xəbər verir ki, bu barədə Avropa Komissiyasına istinadən məlumat yayıb.

“Bu gün Avropa Komissiyası Polşaya 137 milyard avro dəyərində Aİ maliyyəsinə çıxış imkanı verən iki hüquqi akt qəbul edib”, - bəyanatda deyilir.

Qeyd edilir ki, bu hərəkətlər Polşanın qəbul etdiyi qanunun aliliyi islahatları, eləcə də məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi üçün əsas problemlərin həlli istiqamətində atdığı son və təxirəsalınmaz addımlarla bağlıdır.

Mehriban Mirzəzadə