Avropa Komissiyasından İranla bağlı sərt çağırış
Dünya
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İran hakimiyyətinin etirazçılara qarşı davranışını kəskin şəkildə pisləyib və İrana qarşı yeni sanksiyaların irəli sürüləcəyini bəyan edib.
News24.az xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.
“İranda qurbanların sayının artması dəhşət doğurur. Həddindən artıq güc tətbiqini və azadlıqların davamlı şəkildə məhdudlaşdırılmasını qətiyyətlə pisləyirəm. Avropa İttifaqı insan hüquqlarının pozulmasına görə artıq İran İslam İnqilabı Keşikçiləri Korpusunu sanksiya siyahısına daxil edib”, – fon der Lyayen “X” sosial şəbəkəsində yazıb.
O vurğulayıb ki, yeni məhdudlaşdırıcı tədbirlər təxirəsalınmadan təklif edilməlidir və əlavə edib ki, Aİ azadlıq uğrunda cəsarətlə küçələrə çıxan və mübarizə aparan İran xalqının yanındadır.