Avtomobil partladıldı - 90 ÖLÜ

Avtomobil partladıldı - 90 ÖLÜ Dünya
Somalinin paytaxtında insanların sıx olduğu keçid məntəqəsində bomba yüklü avtomobil partlayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Moqadişuda baş verən terror nəticəsində, dörd xarici vətəndaş da daxil olmaqla 90-dan çox adam ölüb.

Ölənlər arasında 17 Somali polisinin də olduğu bildirilib.