“Azərbaycan mafiyası”nın iki üzvü - Rusiyadan çıxarılır
Dünya
Sankt-Peterburqda “Azərbaycan mafiyası”nın iki üzvünə məhkəmə hökmü çıxarıb.
News24.az bildirir ki, bu barədə 78.ru şəhər məhkəmələrinin birgə mətbuat xidmətinə istinadən xəbər verir.
"Müttəhimlər qeydiyyat sənədlərində yaranan problemlərə görə Rusiyadan çıxarılacaqlar. Gənclər 5000 rubl məbləğində cərimələnəcək və xarici vətəndaşlar üçün müvəqqəti saxlama mərkəzinə yerləşdiriləcəklər, bundan sonra isə onlar vətənlərinə qaytarılacaqlar”, - deyə nəşr yazır.
Qeyd edilir ki, həmin gənclər Sankt-Peterburqda bilərəkdən münaqişələr törədiblər. Videolarda özlərini “Azərbaycan mafiyası” kimi adlandırıblar. Hazırda müstəntiqlər faktla bağlı araşdırmaları davam etdirirlər.
Aynurə