Türkiyəyə tətbiq edilən silah embarqosu ləğv edildi - VİDEO

Türkiyəyə tətbiq edilən silah embarqosu ləğv edildi - VİDEO Dünya

Kanada 2021-ci ildən Türkiyəyə tətbiq etdiyi embarqoları ləğv edib.

R TV Reuters-ə istinadən xəbər verir ki, qərar İsveçin NATO-ya üzvlük proseslərinin təsdiqlənməsi ilə qüvvəyə minəcək.

Beləliklə Türkiyəyə 2021-ci ildən bəri tətbiq edilən silah embarqosu ləğv edilib.

Hesabatda qeyd olunub ki, Kanada və Türkiyə istifadə sahələrində şəffaflıq müqabilində PUA hissələrinin ixracına yenidən başlamaq barədə razılıq yer alıb.

Türkiyənin İsveçin NATO üzvlüyünü qəbul etməsindən sonra Kanadanın Türkiyəyə silah ixracına yenidən başlayacağı bildirilib. 

Kanada 2021-ci ildə Azərbaycan ordusunun Dağlıq Qarabağdakı münaqişələrdə Türkiyədə istehsal olunan PUA-lardan Ermənistana qarşı istifadə etdiyini əsas gətirərək ixrac icazəsini ləğv edib.