Azərbaycanda baş verən zəlzələ Ermənistanda da hiss edildi

Azərbaycanda baş verən zəlzələ Ermənistanda da hiss edildi Dünya

Azərbaycanda baş verən zəlzələ Ermənistanda da hiss olunub.

News24.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Bildirilib ki, zəlzələ saat 15:13-də Azərbaycanın Şəki şəhərindən 52 kilometr cənub-şərqdə qeydə alınıb.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə təkanların gücü 6–7 bal təşkil edib.

Yeraltı təkanlar Ermənistanın Tavuş vilayətində, xüsusilə Berd şəhərində, eləcə də Çinari və Aygedzor kəndlərində 2–3 bal gücündə hiss olunub. /Sputnik Ermənistan/