"Azərbaycan səfirliyinə hücumun məsuliyyəti bizim üzərimizdədir" - İran XİN
Dünya
“Etiraf edirik ki, diplomatik nümayəndəliklərin təhlükəsizliyi məsələsində məsuliyyət ev sahibi ölkənin üzərinə düşür”.
News24.az “Mehr” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian jurnalistlərlə görüşündə Azərbaycanın İrandakı səfirliyinə terror hücumundan danışarkən deyib.
O, bildirib ki, ölkəsinin ədliyyə sistemi hadisə ilə bağlı ətraflı araşdırma aparıb:
“Azərbaycanın İrandakı səfirliyində baş vermiş insidentdə bir çox qeyri-müəyyənliklər olub. Qəbul edirik ki, bu hadisə şəxsi qisas xarakteri daşısa da, diplomatik nümayəndəliklərin təhlükəsizliyi ilə bağlı məsuliyyət səfirliyin yerləşdiyi ölkənin üzərinə düşür. Səfirlik və ya konsulluq binalarının, eləcə də orada çalışan şəxslərin qorunmasına bilavasitə həmin ölkə cavabdehdir. Bununla belə, müasir dünyada bu kimi olaylar heç də bir dövlətin səfirliyinin bağlanmasına səbəb ola bilməz. Ümid edirik ki, tezliklə məhkəmə bu işlə bağlı müvafiq qərar verəcək. Münasibətlərimizə dair növbəti addımlar hökm elan olunduqdan, eləcə də bu istiqamətdə bütün maneələr aradan qalxdıqdan atılacaq”.
Fərid Azəri