Rusiyada azərbaycanlı diaspor lideri saxlanılıb? - VİDEO
Dünya
Rusiyanın Perm vilayətində Azərbaycan diasporunun liderlərindən birinin saxlanıldığı iddia edilir.
News24.az xəbər verir ki, bu barədə məlumatı “Ural Mash” teleqram kanalı yayıb.
Sözügedən şəxsin meyvə-tərəvəz ticarəti ilə məşğul olan Ruslan Məmmədov adlı şəxs ola biləcəyi qeyd olunub.
Bildirilib ki, R.Məmmədov 2018-ci ildə deportasiya edilsə də, elə həmin il adını dəyişərək qadağaya baxmayaraq Rusiyaya qayıdıb. Onun Rusiyaya qayıtdıqdan bir neçə il sonra Permdə şəxsi obyekt açdığı da iddia olunub. /Qafqazinfo/