"Azərbaycanla ilin sonunadək saziş imzalanmalıdır" - Belousov
Dünya
"Rusiya və Azərbaycan 2023-cü ilin sonuna qədər Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması çərçivəsində Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalamalıdırlar".
News24.az “Rossiyskaya gazeta”ya istinadla xəbər verir ki, bunu Nəqliyyat Həftəsi forumunun plenar iclasında Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov deyib.
Onun sözlərinə görə, 2028-ci ildən Şimal-Cənub marşrutu tam miqyasda istifadəyə veriləcək. Eyni zamanda, yükdaşımaları ildə 15 milyon ton artacaq.
O qeyd edib ki, bunlar kifayət qədər iddialı planlardır, lakin onlar həyata keçirilir.
“Nəqliyyat dəhlizində üçtərəfli beynəlxalq operatorun yaradılması ideyası hələ də müzakirə olunur. Rusiya belə bir təkliflə bir il əvvəl çıxış edib. Operatora Rusiya, İran və Azərbaycan nümayəndələrinin daxil olacağı gözlənilir”.
Ayşən