Azərbaycanlı rəssamın əsəri Mattianın ailəsini gözyaşlarına boğdu - Foto

Azərbaycanlı rəssamın əsəri Mattianın ailəsini gözyaşlarına boğdu - Foto Dünya

Türkiyənin Ədirnə şəhərində azərbaycanlı rəssam Xətai Abdullayev İstanbulda qətlə yetirilən Mattia Ahmet Minguzzinin portretini binanın divarına həkk edib.

News24.az xəbər verir ki, portreti görməyə gələn mərhum yeniyetmənin atası Andrea Minguzzi gözyaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, 14 yaşlı Mattia ötən il İstanbulun Kadıköy səmtində yaşıdları tərəfindən amansızlıqla qətlə yetirilib. Bu hadisə dünya mediasında müzakirələrə səbəb olub. Onun atası italiyalı Andrea İstanbulda aşpaz kimi tanınır. Anası isə Türkiyə vətəndaşıdır.

Yaşar Araz

Azərbaycanlı rəssamın əsəri Mattianın ailəsini gözyaşlarına boğdu - Foto