"Bank of America"nın vitse-prezidenti bıçaqlı hücumda öldürüldü – YENİLƏNDİ

"Bank of America"nın vitse-prezidenti bıçaqlı hücumda öldürüldü – YENİLƏNDİ Dünya

"Bank of America"nın vitse-prezidenti Erin Pyaçenti Nyu-Yorkun Tayms meydanında bıçaqlı hücum nəticəsində həyatını itirib.

News24.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, E. Pyaçenti aldığı bıçaq xəsarətləri nəticəsində xəstəxanada vəfat edib. O, "Bank of America"da biznes istiqamətlərinin seçilməsi və maraqlar toqquşması məsələləri üzrə vitse-prezident vəzifəsində çalışıb.

Nyu-York meri Zokhran Mamdani brifinq zamanı bildirib ki, əlində bir neçə bıçaq olan qadın Tayms meydanında iki nəfərə hücum edib.

Bundan sonra polis əməkdaşları elektroşokerdən istifadə edib, daha sonra isə atəş açıblar.

Nyu-York Polis Departamentinin komissarı Cessika Tiş bildirib ki, hücumların təsadüfi və heç bir səbəb olmadan törədildiyi ehtimal olunur. Onun sözlərinə görə, elektroşokerlər bıçaqları əlində olan və polis əməkdaşlarına doğru irəliləməyə davam edən qadını dayandırmadıqdan sonra polis atəş açıb. (Report)

**22:15

ABŞ-ın Nyu-York şəhərində Times meydanında qadının zərərsizləşdirilməsi ölümlə nəticələnib.

News24.az xəbər verir ki, 48 yaşlı qadın çantasından çıxardığı bıçaqla metrodan çıxan 68 yaşlı kişi və 39 yaşlı qadına hücum edərək, onları yaralayıb.

Qadın yerindəcə ölüb. Çox sayda polis briqadası cinayətkarı mühasirəyə alıb, lakin qadın təslim olmayaraq, uzun bıçaqlarla polisə də hücum etməyə cəhd edib.

Nəticədə 2 polis qadına atəş açaraq, onu yaralayıb. Xəstəxanaya aparılan qadın ölüb. (Bakupost)