"Bu, sadəcə gülüncdür..." - Amerikalı senator Baydenin qərarı BARƏDƏ

"Bu, sadəcə gülüncdür..." - Amerikalı senator Baydenin qərarı BARƏDƏ Dünya
Konqresmen Marjorie Taylor Green Ukraynanı maliyyələşdirməyi dayandırmağa çağırıb.

News24.az xəbər verir ki, ABŞ konqresmen Marjorie Taylor Green tvitter hesabında yazıb ki, onlar özləri ordu ilə böyük problem içində olan Ukraynanı maliyyələşdirməməlidir.

"Biz öz ordumuzu maliyyələşdirməyi belə bitirməmişik və Bayden administrasiyası Kiyevə daha çox pul göndərmək üçün mühasibat fırıldaqlarını həyata keçirir!" - siyasətçi deyib.

Onun fikrincə, vəsait yalnız amerikalılara kömək üçün ayrılmalıdır. O, əlavə edib ki, Ukraynaya yeni yardım paketinə səs verməyəcək, çünki "bu, sadəcə gülüncdür".

Aydan