Bayram günü 14 000-dən çox insan xəsarət aldı
Dünya
Türkiyədə Qurban bayramının ilk günündə 14 mindən çox insan qurbanlıqların kəsilməsi zamanı xəsarət alıb.
News24.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bununla bağlı ölkənin səhiyyə naziri Kemal Memişoğlu məlumat verib.
Nazir "X" sosial şəbəkəsində belə yazıb.: "Qurban bayramının ilk günündə 81 vilayətdə ümumilikdə 14 372 nəfər, o cümlədən paytaxt Ankarada 1 049, İstanbulda 753, Konyada 655, Qaziantepdə 634 və Manisada 572 nəfər qurban kəsimi zamanı aldıqları xəsarətlərlə əlaqədar tibb müəssisələrimizə müraciət edib",
Memişoğlu vətəndaşlara ciddi xəbərdarlıq edərək, qurban kəsimi mərasimlərinin mütləq peşəkarlar tərəfindən həyata keçirilməsinin vacibliyini vurğulayıb.