Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi Dünya

“Transformerlər” franşizasında "Optimus Prime" obrazını səsləndirən kanadalı aktyor Piter Cullen 85 yaşında vəfat edib.

News24.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Aktyor avqustun 27-də ABŞ-ın Los-Anceles şəhərindəki evində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Sezar pizza

Piter Cullen bir neçə onillik ərzində "Optimus Prime" obrazını səsləndirib. Onun səsi Maykl Beyin “Transformerlər”, “Bumblebee” və “Transformers: Rise of the Beasts” filmlərində də eşidilib.

2023-cü ildə aktyor uşaq və ailə televiziyası sənayesinə verdiyi töhfələrə görə “Emmi” mükafatına layiq görülüb./Axşam.az