Bekhemlərin böyük oğlu yenidən gündəmdə: Bruklindən gözlənilməz addım

Bekhemlərin böyük oğlu yenidən gündəmdə: Bruklindən gözlənilməz addım Dünya

Viktoriya və Devid Bekhemlərin böyük oğlu Bruklin Bekhem valideynləri ilə bağlı son qalmaqallardan sonra yeni açıqlama ilə gündəmə gəlib.

News24.az xəbər verir ki, “The Sun” nəşrinin yazdığına görə, Bruklin Bekhem və həyat yoldaşı Nikola Pelts valideyn olmağı planlaşdırır, lakin hazırda cütlük övladlığa uşaq götürmək variantını nəzərdən keçirir. Buna səbəb Nikolanın iş qrafikinə görə hələlik hamiləliyə hazır olmamasıdır.

“Onlar imkansız bir körpəyə və ya uşağa mümkün olan ən yaxşı həyatı təqdim etməyi düşünürlər. Bu mövzuda çox məsləhətləşiblər”, – deyə mənbə bildirib.

Xatırladaq ki, Bruklin Bekhem və Nikola Pelts artıq dörd ildir evlidirlər. Lakin yaxın vaxtlarda Bruklin valideynlərini uzun illər mediada ideal obraz yaratmaqda və onun şəxsi həyatına təsir göstərməkdə ittiham edib. O iddia edib ki, bu proses uşaqlıqdan başlayıb və onun psixoemosional durumuna mənfi təsir göstərib.

Bruklinin sözlərinə görə, Viktoriya və Devid Bekhem hətta toy baş tutmazdan əvvəl onun ailə həyatını dağıtmağa çalışıblar. O, həmçinin Nikolanın dəfələrlə ulduz cütlük tərəfindən hörmətsiz münasibətlə üzləşdiyini bildirib.