Belçika Ukraynaya 200 milyon avro dəyərində silah göndərir

Belçika Ukraynaya 200 milyon avro dəyərində silah göndərir Dünya

Belçika Çexiyanın irəli sürdüyü birgə satınalma təşəbbüsünə dəstək olaraq Ukrayna üçün Avropa İttifaqından kənarda 155 mm-lik mərmilərin təcili alınması üçün 200 milyon avro ayırdığını açıqlayıb.

News24az xəbər verir ki, bu barədə Krallığın Baş naziri Aleksandr De Kroo məlumat verib.

O bildirib ki, nə qədər lazımdırsa Ukraynaya dəstək göstərəcəklər:

"Ukraynanın azadlıq mübarizəsi həm də dəyərlərimizə hörmət etmək və təhlükəsizliyimizi təmin etməkdir".

Mehriban Mirzəzadə