Belçikada təyyarə avtomobillə toqquşdu, - ÖLƏNLƏR VAR
Dünya
Belçikanın Spa şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
R TV xəbər verir ki, bu barədə yerli polisə istinadən “Frans Press” agentliyi məlumat yayıb.
“Təyyarədə iki nəfərin həlak olmasına təəssüflənirik. Çox güman ki, eniş düzgün olmayıb”, - polis bildirib.
Qeyd olunub ki, güclü külək səbəbindən pilot təhlükəsiz yerə enə bilməyib.
Təyyarə enərkən uçuş-enmə zolağının yanındakı avtomobilə çırpılıb və partlayıb.
Hadisə yerinə xilasedicilər cəlb olunub.
Aslan Nadiroğlu