Belçikadan İsrail açıqlaması: - "Cəzalandırmağın vaxtı çatdı"

Belçikadan İsrail açıqlaması: - "Cəzalandırmağın vaxtı çatdı" Dünya

“İsrailə qarşı sanksiyaların vaxtı çatıb. Bomba yağışı insanlıqdan kənardır. İsrailin atəşkəslə bağlı beynəlxalq tələblərə əhəmiyyət vermədiyi aydındır”. 

News24.az xəbər verir ki, bu barədə Belçika  baş nazirin müavini Petra de Saater bildirib.

Saater hökuməti Qəzzada mülki obyektlərə edilən hücumları araşdırmağa və İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Onun sözlərinə görə, Avropa İttifaqı İsraillə iki tərəf arasında iqtisadi və siyasi əlaqələri inkişaf etdirmək məqsədilə imzalanmış assosiasiya sazişini dərhal ləğv etməlidir.

De Saater həmçinin Təl-Əvivlə bağlı iki yeni məhdudiyyət təklif edib. Birinci məhdudiyyət işğal olunmuş Fələstin ərazilərindən mal idxalına qadağa qoyulmasıdır.

İkincisi, silahlı məskunlaşanların, siyasətçilərin və müharibə cinayətlərinə görə məsuliyyət daşıyan əsgərlərin Aİ-yə daxil olmasını qadağan etməkdir.

Eyni zamanda, onun sözlərinə görə, Belçika HƏMAS-a pul axınını azaltmaqla yanaşı, partlayışların araşdırılması üçün Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə ayrılan maliyyəni artırmalıdır.

“Bu, terror təşkilatıdır, terror pula başa gəlir və HƏMAS-ı pulla təmin edən şirkətlərə və insanlara qarşı sanksiyalar tətbiq edilməlidir”, - Avropa rəsmisi bildirib.

Ayşən