"Taksi sürücüsünə Trampdan daha çox güvənirəm" - SEPAH rəsmisi
Dünya
“ABŞ-nin hazırkı prezidenti uzaqgörən deyil və qeyri-ciddidir”.
News24.az xəbər verir ki, bu sözləri SEPAH-ın baş komandanının baş müşaviri Məhəmməd Rza Nəqdi Trampın açıqlamalarını tənqid edərkən deyib.
“Trampın uzungörənliyi yoxdur. Bir söz deyəndə 24 saat sonra nə olacağını düşünmür. Onun açıqlamalarının heç bir əsası və ardıcıllığı yoxdur. Mən ondansa hansısa taksi sürücüsünə daha çox güvənirəm. Trampın sözlərini çox da ciddi qəbul etməyin”, – deyə Nəqdi bildirib.