Belçikada hərbi baza yaxınlığında: Şübhəli cihazlar

Belçikada hərbi baza yaxınlığında: Şübhəli cihazlar Dünya

Belçikada hərbi baza yaxınlığında şübhəli pilotsuz uçan aparatın fəaliyyəti qeydə alınıb.

News24.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib. Bazaya yaxın ərazidə işıq saçan cihazın uçuşu müşahidə olunub.

Ölkə polisinin sözçüsü Mark Vranckx bildirib ki, hüquq-mühafizə orqanlarına bu barədə çoxsaylı məlumatlar daxil olub:

“Biz bir neçə xəbər aldıq və patrullarımız müəyyən işıqlar görüblər. Lakin nə onlar, nə də federal polis helikopteri obyektlə vizual əlaqə qura biliblər. Helikopter hadisə yerinə çatanda cihaz artıq Namur istiqamətinə doğru itib".

"Hərbi baza yaxınlığında müşahidə edilən bu işıq hərəkətinin nədən qaynaqlandığı hələlik müəyyən edilməyib", - deyə rəsmilər bildiriblər.