Belçikanın müdafiə naziri gələcəyin müharibəsinə hazırlaşmağa çağırdı

Belçikanın müdafiə naziri gələcəyin müharibəsinə hazırlaşmağa çağırdı Dünya

Belçikanın müdafiə naziri Teo Franken ölkənin gələcəyin müharibəsinə hazır olmadığını bildirib və bu istiqamətdə hazırlıqların vacibliyini vurğulayıb.

News24.az xəbər verir ki, nazir bu barədə "Libre" qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Belçika pilotsuz uçuş aparatları, robotlar və süni intellektdən istifadə olunan müasir müharibə formatına hazır deyil. Franken qeyd edib ki, bu, təkcə dronlarla məhdudlaşmır.

“Bu, həm də robototexnika, məlumatların inteqrasiyası, pilotsuz sistemlər, kvant kompüterləri ilə bağlıdır. Biz gələcəyin müharibəsinə hazır olmalıyıq. Hazırda isə buna hazır deyilik”, – deyə müdafiə naziri bildirib.