Berlində terror aktının qarşısı alındı
Dünya
Berlində terror aktının qarşısı alınıb. Üzərinə partlayıcı qurğu bağlayan şəxs özünü və ətrafdakıları partlatmaq istəyib.
News24.az xəbər verir ki, bu barədə “BILD” nəşri məlumat yayıb.
Hadisəni törətməyə çalışan şəxsin suriyalı olduğu bildirilir. Həmin şəxs polis tərəfindən saxlanılıb. Ona qarşı “Ağır cinayətə hazırlıq” ittihamı ilə cinayət işi açılıb.