Bir şəhər belə yox oldu: DƏHŞƏTLİ FACİƏ - -VİDEO
Dünya
Braziliyanın Petropolis şəhərində leysan yağışların səbəb olduğu torpaq sürüşməsi və daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb.
News24.az xəbər verir ki, bu haqda Globo məlumat yayıb. Məlumata görə, ölənlərdən ən azı 8-i azyaşlıdır.
Hazırda 35 nəfər itkin düşüb, onların axtarışları davam edir. Xilasedicilər dağıntılar altında sağ qalan 24 nəfəri çıxara biliblər. Axtarış işlərində 400 xilasedici, 200 polis əməkdaşı, o cümlədən hərbçilər və könüllülər iştirak edir. Ştat qubernatoru Klaudio Kastru fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün idarələrarası səyləri əlaqələndirmək üçün çərşənbə axşamı şəhərdə olub. O, mətbuata açıqlamasında "bu, 1932-ci ildən bəri şəhərdə ən güclü yağış idi" deyib.