Bir qrup avtoxuliqan - HƏBS OLUNDU - VİDEO

Bir qrup avtoxuliqan - HƏBS OLUNDU - VİDEO Dünya


Moskva şəhərində saatda 200 kilometrə qədər sürətlə yürüşlər təşkil edən avtomobil yarışı şirkəti həbs oluna bilər. 

R TV xəbər verir ki, gecə saatlarında şəhər küçələrində ağlasığmaz manevrlər edərək, eləcə də yüksək sürətlə şütüyən avtoxuliqanlar qanunlara tabe olmayıblar.

Bu azmış kimi etdikləri avtoxuliqanlıq görüntülərini lentə alaraq sosial şəbəkələrə yerləşdiriblər. 

Qeyd edək ki, hazırda bu əməlləri törədənlərə qarşı araşdırma aparılır. Bildirilib ki, prokurorluq orqanları tərəfindən məsələyə hüquqi qiymət veriləcək.

Aslan Nadiroğlu