BMT: 3 milyondan çox suriyalı evlərinə qayıtdı

BMT: 3 milyondan çox suriyalı evlərinə qayıtdı Dünya

Bəşər Əsəd rejiminin devrilməsindən sonra 3 milyondan çox suriyalı öz evlərinə qayıdıb.

News24.az xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

Bildirilir ki, 2024-cü ilin dekabrından bu yana ümumilikdə 12 milyondan çox insan könüllü şəkildə geri dönüş edib, 1,9 milyon məcburi köçkün isə doğma yurduna qayıdıb. Son bir il ərzində 170 min suriyalı İordaniyadan ölkəsinə dönüb.

BMT Suriyada sabitliyin qorunub saxlanılması üçün beynəlxalq dəstəyin vacibliyini xüsusi olaraq vurğulayıb.