BMT Venesueladakı gərginlikdən narahatlığını açıqladı
Dünya
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Venesuelada baş verən son hadisələrlə bağlı narahatlığını ifadə edib.
News24.az-ın məlumatına görə, açıqlamada bildirilib ki, ABŞ-nin hərbi əməliyyatları fonunda ölkədə gərginliyin artması region üçün ciddi risklər yarada bilər.
Bəyanatda vurğulanıb ki, Baş katib beynəlxalq hüquqa və BMT Nizamnaməsinə riayət olunmasının vacibliyini xüsusi qeyd edir və beynəlxalq hüquq normalarına əməl edilməməsindən dərin narahatlıq keçirir.