BMW 8 min rəhbər işçini ixtisar edir
Dünya
Almaniyanın avtomobil konserni BMW restrukturizasiya çərçivəsində 2027-ci ilin ortalarınadək rəhbər vəzifələrin təxminən beşdə birini ixtisar etməyi planlaşdırır.
News24.az xəbər verir ki, şirkət idarəetmənin optimallaşdırılmasında əsas vasitə kimi süni intellektdən istifadə edəcək.
İxtisarlar əsasən yüksək səviyyəli menecmentə şamil olunacaq.
Mənbələrin bildirdiyinə görə, 100-dən çox yüksək vəzifəli əməkdaş işini itirə bilər. Vəzifələrin əksəriyyəti Münhendə çalışır.
Daha geniş optimallaşdırma proqramı çərçivəsində BMW dünya üzrə təxminən 8 min iş yerini ixtisar edə bilər.
Almaniyadakı zavodların istehsal sahəsində çalışan əməkdaşlar isə bu proqramdan kənarda saxlanılacaq.
Şirkət bu addımları maliyyə göstəricilərinin pisləşməsi və artan rəqabətlə əlaqələndirir.
BMW həmçinin model çeşidini azaldacaq: “2 Series Active Tourer” modelinin yeni nəsli buraxılmayacaq, onu “X1” krossoveri əvəz edəcək.
“Z4”, “8 Series” və “X4” modellərinin istehsalı isə artıq dayandırılıb.