Bolqarıstan və ABŞ birgə hərbi təlimlər keçirir
Dünya
Bolqarıstan Müdafiə Nazirliyi ölkəsinin ABŞ ilə birlikdə avqustun 20-dək davam edəcək "Trakya Yayı - 2023" hava qüvvələri təlimi keçirdiyini açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərə aşağı hündürlükdə taktiki uçuşlar, orta və aşağı hündürlükdə qrup uçuşları, paraşütlə hərəkətlər, terrorçu qrupların zərərsizləşdirilməsi, tibbi təxliyə kimi imitasiya hərəkətləri daxildir.
Təlim proqramı şəxsi heyətin yerdəyişməsi üçün avqustun 5-də uçuşların həyata keçirilməsini nəzərdə tutur.