Bolqarıstanda hərbi zavodda partlayış baş verdi

Bolqarıstanda hərbi zavodda partlayış baş verdi Dünya

Bolqarıstanın Tryavna şəhəri yaxınlığındakı Belitsa kəndində yerləşən hərbi zavodda partlayış baş verib.

News24.az xəbər verir ki, bu barədə Tryavna şəhər administrasiyasının rəhbəri Denço Minev məlumat verib.

Onun sözlərinə görə, hadisə zavodun ərazisində yük maşınının yanması nəticəsində baş verib və ardınca sursat anbarlarında partlayışlar qeydə alınıb. Bildilirilib ki, hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub, ərazi mühasirəyə alınıb.

Ölən və yaralananlar yoxdur. Partlayışların səbəbi hələlik məlum deyil.